Xaçmazda maşın piyadanı vuraraq, öldürüb.
Lent.az xəbər verir ki, sentyabrın 7-si saat 21 radələrində İskəndərov Eldəniz Şahvələd oğlu idarə etdiyi "Toyota Corolla" markalı avtomobil ilə Xaçmaz rayonu, Yergüc kəndi yaxınlığında yolu keçmək istəyən piyada Süleymanov Sahib Məcid oğlunu vurub.
Hadisə nəticəsində piyada həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.