Zaqatalada 40 yaşlı kişi körpüdən çaya düşdü - VİDEO
07 sentyabr 2025 22:18 (UTC +04:00)

Zaqatalada 40 yaşlı kişi körpüdən çaya düşdü - VİDEO

0

Zaqatalada 40 yaşlı kişi körpüdən çaya yıxılıb. 

Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala şəhəri ərazisində yerləşən "Asma Körpüdə" baş verib. 

Balakən rayonu Katex kənd sakini, 40 yaşlı Elçin Sədrəddin oğlu İsayev Tala çayının üzərindəki körpüdən çay yatağına yıxılıb. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan E. İsayev FHN-nin xilasediciləri tərəfindən çaydan çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilib. 

E. İsayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4735

Oxşar yazılar