Qədim zamanlardan bəri pişiklər mistik xüsusiyyətləri ilə insanları heyrətləndirib. Onlara xüsusi altıncı hiss verilir – insanın dərk edə bilmədiyi təhlükəni əvvəlcədən hiss etmək qabiliyyəti. Məhz bu incə intuisiya və qeyri-adi reaksiyalar sayəsində pişiklər bir çox hallarda sahiblərini yanğın, təbii fəlakət və digər təhlükələrdən xilas ediblər.
Lent.az bu 5 əlaməti sizə təqdim edir:
Heyvan davranışı üzrə mütəxəssislər pişiyin yaxınlaşan bəla barədə siqnal verə biləcəyi beş əsas əlaməti göstərirlər.
1. Narahatlıq və davranışın qəfil dəyişməsi
Əgər pişiyiniz qəfil təşvişli olursa, gizlənirsə, titrəyirsə və ya əsassız həyəcan göstərirsə – bu, diqqətəlayiq haldır. Çox vaxt bu, pişiyin insanın qavraya bilmədiyi qoxuları və səsləri hiss etməsi ilə bağlı olur.
2. Qeyri-adi pozalar və gizlənmək istəyi
Heyvan yerə sıxılır, qarının üstünə uzanır və ya mebelin altına girməyə çalışırsa, bu həmişə oyun əlaməti deyil. Bəzən bu, təhlükə hiss etdiyi anda özünü qoruma instinktinin göstəricisidir.
3. İştahanın itməsi
Pişiyiniz üç gündən çox yeməyə tamamilə maraq göstərmirsə, ilk növbədə baytara müraciət etmək lazımdır. Əgər tibbi səbəb aşkarlanmazsa, yeməkdən imtina bəzən pişiyin daxili hiss etdiyi yaxınlaşan təhlükə ilə əlaqəli ola bilər.
4. Qəribə səslər
Əgər pişik adi davranışından fərqli olaraq yüksək, davamlı miyoldayır, ulayır və ya qəribə səslər çıxarırsa, bu da xəbərdarlıq siqnalı ola bilər.
5. İzahsız aqressivlik
Qəfil dişləmələr və ya cızma hərəkətləri hər zaman oyun və ya əhval-ruhiyyə ilə bağlı olmur. Bəzən pişik sanki sahibini təhlükəli hərəkətdən yayındırmağa və gizli təhlükəyə diqqət çəkməyə çalışır. Əgər pişiyiniz pəncərənin önündə qəribə “çıqqıldama” səsi çıxarır və bədənini yelləyirsə, bu qorxulu hal deyil. Bu sadəcə onun ov instinktinin təzahürüdür.