"Yuventus"un futbolçusu evə məşuqəsini gətirdi,  sevgilisi görün nə etdi...
08 sentyabr 2025 09:56 (UTC +04:00)

"Yuventus"un futbolçusu evə məşuqəsini gətirdi, sevgilisi görün nə etdi...

1

Nikolas Qonsalesin model sevgilisi onun xəyanət etdiyini evindəki kameraların köməyi ilə bilib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, argentinalı yarımmüdafiəçi yay transfer pəncərəsi bağlanmazdan əvvəl "Yuventus"dan "Atletiko"ya keçib. Qonsales və 25 yaşlı Paloma Silberberq iyulun ortalarında ayrılıblar. Qeyd olunur ki, cütlüyün münaqişələri olub, lakin o ana qədər ayrılmayıblar.

“İtaliyadakı evimizdə video nəzarət kameralarımız var idi və o, parolları dəyişdiyi üçün mənim onlara daha giriş imkanım olmadığını düşünürdü, lakin mənim yenə də girişim vardı.

Buenos-Ayresə gəldim. Dedi ki, hava limanında çamadanlarımı götürməkdə mənə kömək edəcək bir adam olacaq. Heç kim yox idi, ona yazdım - cavab vermədi. Zəng etdim, yenə cavab vermədi. Başqa bir qızla idi.

Bir gün əvvəl mənə dediyi cəfəngiyyatı uddum. O, ağladı, mən dedim ki, hər şey yaxşıdır. Mənə maddi köməklik edəcəyinə söz verdi, amma məlum oldu ki, üzümə gülüb.

Onların cinsi əlaqədə olduqlarını görmədim. Allaha şükürlər olsun ki, yataq otaqlarında kamera yoxdur, amma qonaq otağında və hovuzda gördüm. Qadın argentinalı idi. Onun kim olduğunu bilmirəm, amma kameralarda mikrofon var. Ağırdı, amma hər şeyi görmək, bu fəsli əbədi olaraq bağlamaq yaxşı oldu.

Paloma América TV-nin "A la tarde" proqramına müsahibəsində "Ona heç nə izah etməyə imkan vermədim. Onu hər yerdə blokladım" deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 724

Oxşar yazılar