“COVID-19-un “Delta” ştammı uşaqlara da keçir”.
Bu sözləri Lent.az-a açıqlamasında tanınmış pediatr Vaqif Qarayev deyib. O bildirib ki, valideynlərin əksəriyyəti uşaqlar koronavirusu yüngül keçirir deyə özlərini aldadır:
“Kondisioner səbəbindən xəstələndi, soyuq su verdim və s. demək lazım deyil. Uşaqlarda cüzi bir narahatlıq olan kimi test vermək lazımdır ki, ağırlaşandan sonra xəstəxanaya müraciət olunmasın”.
V.Qarayev qeyd edib ki, peyvənddən sonra da yoluxma baş verə bilir:
“Ancaq həmin şəxslər xəstəliyi yüngül keçirir. Peyvəndi inzibati qaydalara görə yox, xəstəlikdən qorunmaq üçün vurdurmaq lazımdır”.
Tanınmış pediatr əlavə edib ki, söylədiyi fikirlər son günlər apardığı müşahidələrin nəticəsidir:
“Peyvənd olunmayanlar toylara, yas məclislərinə getməsin. Həmin yerlərdə kifayət qədər yoluxma var”.