Oyuncaqlar necə təmizlənməli? – Analara MƏSLƏHƏT
25 mart 2021 14:33 (UTC +04:00)

Oyuncaqlar necə təmizlənməli? – Analara MƏSLƏHƏT

Uşaqların gündəlik istifadə etdikləri müxtəlif növ oyuncaqlar var. Bu oyuncaqlarla daim əlaqədə olan uşaqları mikroblardan uzaq tutmaq üçün  onların gündəlik yuyulub, təmizlənməsi vacib məqamdır.

Lent.az gənc analar üçün oyuncaqların təmizlənməsi qaydasını təqdim edir:

Tüklü oyuncaqlar necə təmizlənməli?

Tüklü oyuncaqlar ən çox toz və mikrob saxlayan və alergik reaksiya səbəb olur. Tüklü oyuncaqlar tez-tez su və qatı sabunla yuyula bilər.

Uşaqlara bu zaman nə deməli?

2 -5 yaş aralığındakı uşaqlar oyuncağının yuyulduğunu bilməməlidir. Bu zaman onlara qısa bir müddət oyuncağından ayrı qalacağını uyğun bir dillə izah edilməlidir.

“Batareya” ilə işləyən oyuncaqlar necə təmizlənməli?

“Batareya” ilə işləyən oyuncaqları paltaryuyan maşında yumaq olmaz. Çox çirklənməsini gözləmdən tez-tez təmizləmək, yaş parça ilə silmək lazımdır.

 

Plastik oyuncaqları necə təmizlənməli?

 

Uşaqların diş çıxarma zamanı ən çox istifadə etdikləri oyuncaq plastik oyuncaqlardı. Bu tip rəngli əşyaları təmizləmək digərlərinə nisbətən asandı. Yeni qaydılmış suda 5 dəqiqə saxlanılan plastik oyuncaqları daha sonra təmiz fırça ilə hər tərəfini təmizlə bilərsiniz.

 

 

# 3726
avatar

Nigar Adil

Oxşar yazılar