Tanzaniyada qəribə hadisə baş verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Şərqi Afrikada yerləşən Tanzaniyada meymunların qaçırdığı bir aylıq körpə həyatını itirib.
Hadisə körpənin anası onu əmizdirən zaman baş verib. Evə girən meymunlar ananın əlindən uşağı götürüb və qaçıb. Sakinlərin köməyi ilə meymunların əlindən qurtarılan uşaq xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, meymunlar köməyə gələn sakinlərə hücum çəkərək onları yaralayıblar.