Koronavirus bu uşaqlar üçün daha təhlükəlidir - Baş pediatrdan  AÇIQLAMA
14 aprel 2021 11:06 (UTC +04:00)

Koronavirus bu uşaqlar üçün daha təhlükəlidir - Baş pediatrdan AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev uşaqların COVID-19 virusunu necə keçirməsi ilə bağlı müsahibə verib.

Lent.az həmin müsahibəni təqdim edir:

- Uşaqlar COVID-19 virusunu necə keçirdir?

- 1 il 4 aydan artıq müddətdə davam edən COVID-19 infeksiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Müqayisə üçün qeyd etmək olar ki, uşaqlarda bu infeksiyadan baş verən fəsadlar və ölüm hadisələri böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir. Lakin onu da qeyd etmək lazımdır ki, bu vəziyyət uşaqlara göstərilən diqqət və qayğının azalmasına heç bir əsas vermir. Nadir hallarda da olsa uşaqlarda çox ağır fəsadlar və ölüm hadisələri müşahidə edilir.

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev

- Uşaqlarda, adətən rast gəlinən əlamətlər hansıdır?

- Uşaqlarda bu xəstəliyin əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayət olunur. Uşaqlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir.

- Böyüklərlə müqayisədə bəzən uşaqlarda yaranmış əlamətləri təyin etmək daha çətin olur. Valideynlər nəyə diqqət etməlidir?

- Deyilənləri tibb işçiləri ilə bərabər valideynlər də nəzərdə saxlamalıdırlar. Belə hallar müşahidə olunan uşaqlar vaxt itirmədən uşaq həkiminə və ya uşaq infeksionistinə göstərilməlidir. Onu da yadda saxlamaq lazımdır ki, yüngül əlamətlərin görülməsinə baxmayaraq uşaqlar ətrafdakılar üçün həmişə yoluxma təhlükəsi yaradırlar. Ona görə də uşaqlara qarşı daha da diqqətli olmaq lazımdır.

- Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir?

- COVID-19 xəstəliyi immun çatışmazlığı, xronik xəstəliyi, şiş xəstəliyi olan, inkişafdan geri qalmış uşaqlar üçün daha təklükəlidir. Valideynlər və uşaq həkimləri uşaqların düzgün və keyfiyyətli qidalandırılması (vitaminlərlə zəngin meyvə-tərəvəzlər daxil olmaqla), mövsümə uyğun geyindirilməsi, mümkün olan bütün hallarda açıq havada gəzdirilməsi və xəstəlik şübhəsi olanlarla təmasdan uzaq olmasına diqqət yetirməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar