İqlim dəyişikliyi uşaqlarda zəif qidalanmaya səbəb olur
23 yanvar 2021 12:50 (UTC +04:00)

İqlim dəyişikliyi uşaqlarda zəif qidalanmaya səbəb olur

İqlim dəyişikliyindən qaynaqlanan temperatur artımının uşaqlarda zəif qidalanmaya səbəb olduğu məlum oldu.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki,  ABŞ Vermont Universitetinin tədqiqatçıları nəticələri "Environmental Research Letters" jurnalında dərc olunan araşdırmada Asiya, Afrika və Cənubi Amerikada 19 ölkədə yaşayan 107 min uşağın gündəlik qidalanmasını araşdırıblar.

Tədqiqatçılar iqlim dəyişikliyi səbəbindən orta temperatur və yağış artımının uşaqların qida müxtəlifliyini azaldığını müəyyən ediblər.

Tədqiqatın nəticələrinə görə, iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdə 5 yaşınadək uşaqlar ət, süd, balıq, paxlalılar, dənli bitkilər və göyərtilərdən ibarət 10 məhsuldan orta hesabla 3,2-ni istehlak edə bilərlər.

Bu ölkələrdə 5 yaşınadək hər üç uşaqdan biri dəmir, sink, folik turşusu, A və D vitaminləri kimi böyüməyə kömək edən kritik mikroelementləri qəbul edə bilmir.

BMT-nin məlumatlarına görə, 2019-cu ildə 5 yaşınadək 144 milyon uşaq qidalanma və 47 milyon uşaq xroniki zəif qidalanma səbəbindən ciddi səviyyədə zəiflikdən əziyyət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Oxşar yazılar