Azyaşlı qızı alıb zorlayan kişiyə  HÖKM OXUNDU
21 avqust 2021 02:22 (UTC +04:00)

Azyaşlı qızı alıb zorlayan kişiyə HÖKM OXUNDU

Kanadanın Monreal şəhər sakini Afrikada ailəsindən 8 yaşlı qızı alıb cinsi istismar etdiyinə görə 18 il həbs cəzasına məhkum edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Monreal polisi uşaq istismarı görüntüləri ilə bağlı aparılan istintaq çərçivəsində 60 yaşlı Sylvain Villemairi saxlayıb.

Şübhəlinin evində təsadüfən tapılan adı açıqlanmayan 11 yaşlı afrikalı qızın 8 yaşı olanda Afrikadan gəldiyini öyrənən polis, azyaşlı qızın 3 il cinsi istismara məruz qaldığını müəyyənləşdirəndən sonra istintaqı daha da təkmilləşdirib.

Monrealda hakim qarşısına çıxarıln Villemaire hakim Pierre Labelle tərəfindən "azyaşlıların cinsi istismarı, insan alveri və uşaq istismarı görüntülərinin saxlanması və yayılması" ittihamı ilə ümumilikdə 18 il həbs cəzasına məhkum edilib.


Məlumatlara görə, risk altında olan gənclərə kömək etmək üçün psixo-təhsil sahəsində ixtisaslaşan Villemaire 2015-ci ildə Afrikaya səyahət edib.

Burada qızın anası ilə mənzil və içməli su pulu qarşılığında onu Kanadaya göndərməsi üçün razılaşıb. Qıza isə daha yaxşı bir həyat verəcəyini və daha yaxşı baxacağını baxacağını söyləyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10320
avatar

Oxşar yazılar