Autizmə yaxın olan hiperleksiya nədir? - Valideynlərin NƏZƏRİNƏ
19 iyun 2021 16:00 (UTC +04:00)

Autizmə yaxın olan hiperleksiya nədir? - Valideynlərin NƏZƏRİNƏ

"Vaxtından əvvəl oxuma bacarığı ilə yanaşı nəzərə çarpan öyrənməkdə çətinlik, dil problemləri, ünsiyyət qura bilməyən qrupa hiperleksiya deyilir”.

Lent.az-a bu barədə psixoloq Fərqanə Mehmanqızı məlumat verib. O bildirib ki, hiperleksiyaya əsasən oğlan uşaqlarında rast gəlinir:

“Onlar erkən yaşda sözləri tanıyıb, oxumağa başlasalar da oxuduqlarının mənasını başa düşmürlər. Bu uşaqlar sözləri bütöv olaraq tanıyır və gördükləri sözü tez bir zamanda əzbərləyirlər. Eyni zamanda onların yaddaşları çox güclü olur”.

F.Mehmanqızı deyib ki, bəzən hiperleksiyanı autizmə də oxşadırlar:

“Hiperleksiyanın fərqi ondadır ki, uşaqlar sözlərə qarşı reaksiya verir və həssas davranırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar