Payız tətili  üçün İspaniyanın ən yaxşı 6 məkanı
05 sentyabr 2025 19:59 (UTC +04:00)

Payız tətili üçün İspaniyanın ən yaxşı 6 məkanı

0

İspaniya – Avropanın ən populyar ölkələrindən biridir və bəzi şəhərləri artıq turist axınının öhdəsindən gələ bilmir. Halbuki bu, çox böyük bir ölkədir və orada hələ kəşf ediləsi çox maraqlı yerlər var. Ona görə də İspaniyada yalnız çimərlik tətili ilə kifayətlənmək düzgün olmaz.

Lent.az xarici mediaya istinadla payızda İspaniyada ziyarət üçün ən yaxşı altı yeri təqdim edir.

“İsti yaydan sonra sərin payız mehləri İspaniyada çox xoş bir dəyişiklikdir. Günün ən isti vaxtlarında günəşdən gizlənmək lazım deyil və payız aylarında səyahətçilərə təbiətdən həzz almaq üçün daha çox imkanlar verilir. Buraya bir çox gözəl çimərliklər də daxildir ki, onlar adətən – təyinat yerindən asılı olaraq – oktyabr ayının ortalarına qədər üzmək üçün kifayət qədər isti olur,” – deyə reytinq müəllifləri qeyd edirlər.

Eyni zamanda vurğulanır ki, xoş havadan əlavə, İspaniyada payızda turistləri bir çox maraqlı tədbirlər də gözləyir.

Payız tətili üçün İspaniyanın ən yaxşı 6 məkanı:

1.    La-Rioxa – şərab həvəskarları üçün ən yaxşı region.

2.    Andalusiya – mövsümlərarası dövrdə çimərlik tətili üçün ən yaxşı region.

3.    Xaen – zeytun yığımına qatılmaq üçün ən yaxşı yer.

4.    Menorka – pendir dadmaq üçün ən yaxşı ada.

5.    Pirene dağları – payız yürüşləri üçün ən yaxşı region.

6.    La-Garrotxa – payız yarpaqlarının gözəlliyinə tamaşa etmək üçün ən yaxşı region.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar