Bu restoranda 49 ildir fasiləsiz dəmlənən  şorba verilir
04 may 2024 15:55 (UTC +04:00)

Bu restoranda 49 ildir fasiləsiz dəmlənən şorba verilir

Taylandın Banqkok şəhərində məşhur “Wattana Panich” restoranı özünəməxsus yeməyi ilə məşhurdur. 

Lent.az xəbər verir ki, sözügedən restoranın mal əti və keçidən hazırlanan şorbası 49 ildir müştərilərə təqdim olunur. 

Bildirilir ki, hər gün tavada artıq qalan şorba ertəsi gün yeni məhsullar əlavə edilərək yenidən hazırlanır.

Ancaq bu, belə uzun kulinariya ənənəsi olan yeganə müəssisə deyil. Yaponiyanın Tokio şəhərində 1945-ci ildən bəri oden adlı güvəç təqdim edən “Otafuku” adlı restoran var. İkinci Dünya Müharibəsində bomba hücumu zamanı orijinal reseptin itirildiyi bir müddət istisna olmaqla, bu şorba da uzun illər hazırlanır.

Daimi müştərilər və “TripAdvisor” kimi platformalarda bu restoran haqqındakı rəylər isə müsbətdir. İnsanlar şorbaların həm zərərsiz, həm də çox dadlı olduğunu iddia edirlər. Ancaq onları evdə hazırlamağa çalışmaq məsləhət deyil. 

Bəs necə olur ki, bu şorbalar uzun illər yemək üçün təhlükəsiz qalır?

Hər şey düzgün qida emalı ilə bağlıdır. Şorbalar mütəmadi olaraq yenidən qızdırılır və aşağı istilikdə saxlanılır ki, bu da gündəlik bişirmə zamanı onlara daxil ola biləcək hər hansı bakteriyaları öldürməyə kömək edir.

Düzgün temperatur və zərərli maddələrin olmaması nəzərə alınmaqla, bu şorba uzun illər yemək üçün təhlükəsiz ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10707
avatar

Sevinc Fərid

Oxşar yazılar