Yeni sosial şəbəkə yaradıldı
23 fevral 2022 08:04 (UTC +04:00)

Yeni sosial şəbəkə yaradıldı

Əvvəlcədən də gözlənildiyi kimi ABŞ-ın keçmiş prezidenti Donald Tramp-ın komandası "Truth Social" adlı sosial şəbəkəni istifadəyə verib.

Lent.az “technot”a istinadən xəbər verir ki, Sözügedən sosial şəbəkənin tətbiqi Apple şirkətinin App Store platformasında amerikalı istifadəçilər üçün istifadəyə verilib.

Donald Tramp öz sosial şəbəkəsini istifadəyə verəcəyini ilk dəfə keçən il elan etmişdi. Beləliklə istifadəyə verilmiş "Truth Social" adlı sosial şəbəkə öz dizaynı baxımından “Twitter”i xatırladır. Donald Tramp vaxtı ikən aktiv şəkildə “Twitter”dən istifadə edirdi. Lakin 2021-ci ilin əvvəlində "Twitter" onun hesabını həmişəlik blokladı.

Yeni sosial şəbəkədən istifadə etmək istəyənlər isə platformanın veb saytında qeydiyyatdan keçməli olacaqlar. Bunu etmək üçün platformanın veb saytında istifadəçi öz adını və elektron poçt ünvanını qeyd etməli olacaq. Lakin bəzi istifadəçilər qeydiyyatdan sonra sosial şəbəkəyə daxil ola bilməyiblər. Digərləri isə bildiriblər ki, qeydiyyatdan keçmək istəyən zaman sayt yenidən işə düşür və  növbədə gözləməyi məsləhət görür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4053

Oxşar yazılar