Yeni smart saatın qiyməti   bəlli oldu
13 oktyabr 2023 12:25 (UTC +04:00)

Yeni smart saatın qiyməti bəlli oldu

Honor şirkəti “Honor Watch 4 Pro” adlı yeni smart saatını da təqdim edib.

Lent.az xəbər verir ki, yeni saatın əsas özəlliyi eSIM dəstəyinə sahib olmasıdır. 

Bu səbəbdən “Honor Watch 4 Pro” smartfondan asılı olmayaraq müstəqil şəkildə işləyə bilir. Smart saat 464x464 piksel keyfiyyətli 1.5 düym AMOLED ekranla təchiz olunub. “Honor Watch 4 Pro”nun gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Bununla yanaşı smart saat özündə GPS və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
 
Smart saat 64 MB RAM-a, 4 GB daxili yaddaş həcminə və 480 mAh enerji tutumlu batareyaya sahibdir. Üstəlik smart saat 4.5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Honor Watch 4 Pro adi rejimdə 14 gün ərzində, eSIM aktiv olduğu rejimdə isə 10 gün ərzində çalışa bilir. Smart saat müxtəlif idman rejimlərini dəstəkləyir və qandakı oksigen miqdarını, ürək döyüntülərinin tezliklərini ölçə bilir. Bundan əlavə olaraq smart saat yuxu keyfiyyətini və stress səviyyəsini monitorinq edə bilir. Honor Watch 4 Pro 16 oktyabr tarixində 220$-a satışa çıxacaq. Dəri materialdan hazırlanmış kəmərə sahib model isə 246$-a satılacaq. 


 

# 4422
avatar

Oxşar yazılar