İxtiraçı Tomas Edison ilk “Edison Baker” elektrikli avtomobillə. 1895-ci il.
22 fevral 2022 19:52 (UTC +04:00)

İxtiraçı Tomas Edison ilk “Edison Baker” elektrikli avtomobillə. 1895-ci il.

XX əsrin əvvəlində dəbdə olan ELEKTROMOBİLLƏR niyə bazardan çıxarıldı? - FOTO

Elektriklə çalışan nəqliyyat vasitələri XIX əsrin sonu - XX əsrin əvvəllərində fəal şəkildə tətbiq olunmağa başlanılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o zamanlar elektrikli avtomobillər benzinlə işləyən maşınlardan daha populyar idi.

Elektrikli avtomobillər, həqiqətən də çox uğurlu avtomobillər hesab edilirdi. 1899-cu ildə elektrikli avtomobili 100 km/saat qət edə bilirdi. 

İxtiraçı Tomas Edison qurğuşun turşusundan daha səmərəli olduğunu sübut edən dəmir-nikel batareyasını patentləşdirdi.

“Electric Detroit” elektomobil. 1915-ci il.

1907-ci ildə “Electric Detroit”in istehsalına başlanıldı. Bu avtomobillər varlı insanlar və qadınlar arasında çox məşhur idi. İlk olaraq Con Rokfeller, Henri Fordun həyat yoldaşı Klara Ford və Tomas Edison bu maşınların sahibi oldu.

Elektrikli nəqliyyat vasitələrinin parametrləri o dövr üçün kifayət qədər yaxşı idi.

Artıq elektrikli avtomobil bir şarjla 130 km məsafə qət edə bilirdi. Maksimum sürəti isə 32 km/saat idi. Bu sürət XX əsrin əvvəllərində şəhərdə işləmək üçün kifayət qədər rahat parametrlər idi. Digər tərəfdən, keyfiyyətli, rahat və səssiz idilər. Bu səbəbdən zadəgan xanımlar xüsusilə elektrikli avtomobillərə üstünlük verirdilər.

Bəs hansı səbəbdən elektrikli avtomobillər 100 ilə yaxındır ki, yoxa çıxıb?

Buna əsas səbəb kimi sürət göstərilir. Nəticə etibarı ilə elektromobillər benzin mühərriklərə məğlub oldu. 

Lakin illər sonra elmi tərəqqi elektromobillərin sürət problemini də həll etdi. Eyni zamanda, bu avtomobillər ekoloji cəhətdən də üstünlüklərə malikdir. Nəhayət, elektrikli mühərriklər yenidən trend olmağı bacardı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3625

Oxşar yazılar

Ən yaxşı 10 ailə avtomobili

Ən yaxşı 10 ailə avtomobili

26 iyul 2025 , 18:15
 Çox etibarlı 5 maşın:   Təqaüdə çıxana qədər xidmət göstərəcəklər

Çox etibarlı 5 maşın: Təqaüdə çıxana qədər xidmət göstərəcəklər

26 iyul 2025 , 14:15
Avtomobildə smartfonu şarj etmək təhlükəlidir

Avtomobildə smartfonu şarj etmək təhlükəlidir

25 iyul 2025 , 10:22
Metadan qəribə addım - 600.000-dən çox hesab bağlandı

Metadan qəribə addım - 600.000-dən çox hesab bağlandı

25 iyul 2025 , 05:49
Bütün gün  işləyən   robot -  VİDEO

Bütün gün işləyən robot - VİDEO

23 iyul 2025 , 15:49
Təcrübəsiz sürücülərə tövsiyə olunan  avtomobillər

Təcrübəsiz sürücülərə tövsiyə olunan avtomobillər

22 iyul 2025 , 17:21
Ən etibarlı 10  Koreya avtomobili

Ən etibarlı 10 Koreya avtomobili

22 iyul 2025 , 12:04
Telefon şarj olmursa nə etməli?

Telefon şarj olmursa nə etməli?

22 iyul 2025 , 09:53