“Xiaomi”nin bu 5 telefonu  artıq yenilənməyəcək
29 oktyabr 2024 15:13 (UTC +04:00)

“Xiaomi”nin bu 5 telefonu artıq yenilənməyəcək

“Xiaomi” artıq heç bir yeniləmə qəbul etməyəcək cihazların daxil olduğu siyahını yeniləyib. 

Lent.az xəbər verir ki, bu dəfə Çin şirkəti  beş smartfon və bir planşet istehsaldan çıxarıb. 

Onları təqdim edirik: 

Xiaomi Redmi Note 11 Pro;

Xiaomi Redmi Note 11 Pro+;

Xiaomi Redmi 10 (2022);

Xiaomi Redmi Note 10 JE;

POCO X3 GT;

Xiaomi Pad 5.

Bütün bu cihazlar artıq MIUI və HyperOS-un yeni versiyalarını, eləcə də yeni boşluqlardan qoruyan mühüm təhlükəsizlik yamaqlarını almayacaq. Bu o deməkdir ki, Android ekosistemində bütün növ virusların və istismarların yayılmasını nəzərə alsaq, indi onlardan istifadə etmək təhlükəli olacaq.

Xatırladaq ki, “Xiaomi” əvvəllər  öz cihazlarına dəstək müddətinin dörd il ƏS yeniləmələri və beş illik təhlükəsizlik yeniləmələri ilə uzadılacağını elan etmişdi. Ancaq bu yenilik artıq buraxılmış telefonlara şamil edilmir. 2022-ci ilin fevralında buraxılan “Redmi Note 11 Pro” cəmi iki yeniləmə aldı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3312
avatar

Sevinc Fərid

Oxşar yazılar