“Windows 10” sistemində yeni funksiya:  SƏSLİ AXTARIŞ
08 yanvar 2021 09:37 (UTC +04:00)

“Windows 10” sistemində yeni funksiya: SƏSLİ AXTARIŞ

“Microsoft” korporasiyası populyar “Windows 10” əməliyyat sisteminin yeni funksiyasının sınaqlarına başlayıb.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, əməliyyat sistemi səsli axtarışın funksionallığını genişləndirəcək “Voice Launcher” adlı yeni səsli axtarış funksiyası ilə təchiz ediləcək. 

“Voice Launcher” funksiyası “Explorer” fayl menecerində və “Setting up” bölməsində, eləcə də “Windows Search” xidmətində axtarış vasitələrini yaxşılaşdırmağa imkan verəcək.

Yeni eksperimental funksionallıqdan sistemin mətn daxiletmə sahəsinin mövcud olduğu “Windows Search API” əsasında işləyən bütün komponentlərində istifadə mümkün olacaq.

“Windows 10”da yeni səsli axtarış “Modern” üslubda tərtibat və istənilən form-faktorlu qurğularda iş üçün optimallaşdırma ilə təchiz edilib. İstifadəçi genişləndirilmiş axtarış quraşdırmalarından istifadə edə bilər – məsələn, avtomatik punktuasiya funksiyasını aktivləşdirmək olar.

Hazırda yeni funksiya məhdud sayda regionlarda və dillərdə sınaqdan keçirilir.

“Voice Launcher” səsli axtarış funksiyası ingilis, fransız, portuqal, alman, ispan, italyan, Çin və yapon dillərini dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2658
avatar

Oxşar yazılar