“WhatsApp” istifadəçilər üçün yeni funksiyasını  təqdim etdi
04 oktyabr 2023 15:05 (UTC +04:00)

“WhatsApp” istifadəçilər üçün yeni funksiyasını təqdim etdi

“Meta” şirkəti “WhatsApp” tətbiqi üçün yeni faydalı funksiyasını təqdim edib. 

Lent.az “WABetaInfo”a istinadən xəbər verir ki, artıq “WhatsApp” zənglər zamanı IP mühafizəsini dəstəkləməyə başlayıb. 

“iPhone” üçün “WhatsApp”ın ən son beta versiyasına zənglər zamanı istifadəçinin IP ünvanını qorumaq funksiyası əlavə edilib. 

Yenilik “WhatsApp”ın iOS üçün 23.20.1.73 nömrəsi ilə beta versiyasında müşahidə olunub.

Bu funksiya ilə istifadəçilər səsli və video zənglər edərkən IP ünvanlarını gizlədə biləcəklər. Bu, təcavüzkarların istifadəçinin IP ünvanını əldə etməsini və məsələn, onun yerini təyin etməsini çətinləşdirəcək.

Messenger parametrlərində, “Məxfilik” bölməsində IP ünvanının qorunmasını aktivləşdirə bilərsiniz. Yenilik naməlum “WhatsApp” istifadəçiləri ilə ünsiyyət zamanı faydalı olacaq.

Qorunma zəngləri “WhatsApp” serverinə ötürməklə təmin edilir. 

Hələlik IP ünvanınızı qorumaq imkanı yalnız Android və iOS-da “WhatsApp”ın beta versiyalarının bəzi istifadəçiləri üçün əlçatandır. Funksiyanın qlobal olaraq təqdim edilmə vaxtı hələ ki, məlum deyil.  
 

# 11136
avatar

Sevinc Fərid

Oxşar yazılar