“Volkswagen”dən  236 dollara avtomobil
11 oktyabr 2023 10:30 (UTC +04:00)

“Volkswagen”dən 236 dollara avtomobil

“Volkswagen” yeni mini elektrikli avtomobilini təqdim edib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yeni avtomobilin qiyməti cəmi 236 dollardır. “Volkswagen” ikonik “Meyers Manx” üslubunda olan “ID.Buggy” konseptli avtomobilinin “uşaqlar üçün” versiyasını nümayiş etdirib. 

Maşın 201 at gücünə malik elektrik mühərrikinə malikdir.  Model “Volkswagen” lisenziyası əsasında “Huffy” tərəfindən istehsal olunur.

Avtomobilin ön tərəfində iki dairəvi fara var. Ancaq yan qapısı yoxdur. Arxa tərəfdə X formalı əyləc işıqları olan dəyirmi lampalar var.

Kabin çəkisi 57 kq-a qədər olan uşaqlar üçün iki oturacaq üçün nəzərdə tutulub. Avtomobilin maksimal sürəti cəmi 8 km/saatdır.


 

# 8385
avatar

Sevinc Fərid

Oxşar yazılar