Uzun müddətdir Whatsapp və Instagram kimi bir çox sosial media platformasında olan səsli mesaj xüsusiyyəti Twitter-də də sınaqdan keçirilməyə başladı.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, yeni funksiyanın hələlik yalnız Yaponiya, Hindistan və Braziliya kimi ölkələrdə istifadəçilər tərəfindən istifadə olunmasına baxmayaraq, tezliklə dünya səviyyəsində istifadəyə veriləcəyi gözlənilir.
Twitter-in rəsmi Twitter hesabı yeni səsli poçt xüsusiyyətini 140 saniyəlik bir məhdudiyyət ilə yeni bir yazı ilə təsdiqlədi və eyni xəbər Hindistan, ardından Braziliya və Yaponiya ilə gəldi.