“Telegram”ın yaxın gələcəkdə yeni bir xüsusiyyət alması gözlənilir.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu xüsusiyyət hal-hazırda sınaqdan keçirilir. Yeni xüsusiyyət ilə istifadəçilər Clubhouse”da olduğu kimi səsli söhbət edəcəklər. Kifayət qədər istifadəçisi olan “Telegram”ın yeni xüsusiyyətinin geniş istifadə olunması gözlənilir.
Clubhouse bu yaxınlarda dünya miqyasında populyarlıq qazanıb və bununla Facebook kimi şirkətlərin diqqətini çəkməyi bacarmışdı. Tətbiq 8 milyondan çox yüklənmə ilə dünyanın ən populyar sosial media tətbiqlərindən biri olub.
Həmçinin bu yaxınlarda “Facebook”un Clubhouse bənzər tətbiq üzərində işləməsi ilə bağlı bəzi iddialar səsləndirilmişdi. “Facebook”dan əlavə Twitter, Mi Talk (Xiaomi) və TikTok da Clubhouse bənəzri tətbiq üzərində işləyirlər.