Çində 350 km/saat sürətlə hərəkət edən dünyanın ilk yük qatarı buraxılıb. İnnovativ yük qatarı “CRRC Tangshan” şirkəti tərəfindən təqdim olunub.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, supersürətli qatar 1500 kilometr məsafəni 5 saata qət etməklə hava nəqliyyatı göstəricisinə nisbətdə hər yük kütləsi vahidi üçün 8 faiz enerji sərf edir. “CRRC Tangshan” mühəndisləri tərəfindən qatar 3 il ərzində gərgin iş sayəsində işlənilib ərsəyə gətirildikdən sonra rəsmən konveyerdən buraxılıb və bu sürətdə hərəkət edən dünyanın ilk yük qatarı adına layiq görülüb.
Mühəndislərin sözlərinə görə, lokomotivin forması müəyyən qədər Çin nərə balığını xatırladır ki, bu da qatarın aerodinamik parametrlərinə müsbət təsir göstərir.
Qatarın yaradılmasında ən müasir rəqəmli texnologiyalar, məsələn, “UWB” genişzolaqlı rabitəsi, “Beidou” sistemi vasitəsilə peyk geolokasiyası, qabaqcıl mobil məlumat ötürmə texnologiyaları və s. tətbiq edilib – bütün bunlar daşınan yüklərin yerini dəqiq müəyyənləşdirməyə, eləcə də stansiyalar və qatar arasında etibarlı rabitə qurmağa imkan verəcək. Yeni “CRRC Tangshan” qatarının uzunluğu 600-1500 kilometr təşkil edən xətlərdə yükdaşımaları üçün istifadəsi nəzərdə tutulur.

Supersürətli ilk yük qatarı - İNANILMAZ!
Oxşar yazılar

Süni intellektin çətinlik çəkdiyi əsas insani bacarıqlar
2 aprel 2025 , 09:47
Rekord nazik Samsung smartfonunun qiymətləri və rəngləri
1 aprel 2025 , 18:11
Yeni ekzoplanet kəşf edildi - Suyu da var
1 aprel 2025 , 17:43
Yeni plastik hazırlandı, bir gecəyə suda parçalanır
1 aprel 2025 , 15:53
Su ehtiyatları sürətlə tükənir
1 aprel 2025 , 13:34
Niyə səyahətdən dərhal sonra mühərriki söndürməməlisiniz: təcrübəli sürücülər izah edir
31 mart 2025 , 14:17
BMW yaxın üç il ərzində 40 yeni model təqdim edəcək
31 mart 2025 , 11:07