Avropa Kosmik Agentliyinin (ESA) astronomları son 7 il ərzində Süd Yolu qalaktikasının irimiqyaslı 3D xəritəsini yaratmaq üzərində çalışıblar.
Lent.az “technote”a istinadən xəbər verir ki, mütəxəssislər Süd Yolu qalaktikasının dəqiq atlasını təqdim ediblər.
İrimiqyaslı atlasın yaradılmasında istifadə olunmuş məlumatlar 2013-cü ildən qalaktikanın skan olunması ilə məşğul olan Gaia adlı rəsədxanadan əldə edilib. Süd Yolu qalaktikasının yaradılmış yeni 3D atlası o dərəcədə detallıdır ki, hətta Günəş sisteminin sürətini də təyin etmək mümkündür.
Tədqiqatçılar əmindirlər ki, bunun köməkliyi ilə Günəş sisteminin necə yarandığını və həmçinin, Süd Yolu qalaktikasının ümumi kütləsini təyin etmək mümkün olacaq.
Məlumatlar kainatın dəqiq genişlənmə sürətini də təyin etməyə imkan verəcək. Astronomların sözlərinə əsasən, Günəş sistemi Süd Yolu qalaktikasının mərkəzinə saniyədə 7 mm sürətlənmə ilə hərəkət edir. Yaradılmış xəritədə 2 milyard ulduz əks olunub və onlardan hər birinin sürəti təyin edilib.
Alimlər qeyd ediblər ki, əldə edilmiş məlumatlar qalaktikanın keçmişinə və gələcəyinə nəzər salmaqda yardımçı olacaq.