Son “iPhone"lərdə  ucuz batareyalardan   istifadə edilib
09 oktyabr 2023 14:47 (UTC +04:00)

Son “iPhone"lərdə ucuz batareyalardan istifadə edilib

Son vaxtlar  “iPhone 14” istifadəçiləri dayanmadan enerji itirən batareyalardan şikayətləniblər. 

Lent.az xəbər verir ki, oxşar vəziyyət “iPhone 15”də də müşahidə olunur.

“iPhone 15” smartfonların sahibləri batareyanın sürətli deqradasiyası problemi ilə üzləşə bilərlər. Bildirilir ki, bir çox “iPhone 14”  istifadəçiləri üçün bir ildən az müddətdə batareyanın aşınma faizi 90 faizdən aşağı düşüb.

Məlumata görə, buna səbəb ən son “iPhone” modelləri yalnız 600 şarj dövrü üçün nəzərdə tutulmuş “ucuz” batareyalarla təchiz olunub. Halbuki hazırda bir çox istehsalçı ən azı 800 dövrə hesablanmış batareyalardan istifadə edir.

“Apple” şirkəti məhsulun standart dəyərini saxlamaqla daha ucuz batareyalar alır.

Bu problemin başqa bir səbəbi əlavə ödəniş üçün hazırlanmış batareya dəyişdirmə xidmətidir. Heç bir başqa smartfon istehsalçısı bu xüsusiyyətə malik deyil. 

Qeyd edək ki, “Apple” cihazlarında batareyanın sürətlə aşınması problemi “iPhone” modellərinin demək olar ki, bütün nəsillərində mövcuddur. Ancaq son buraxılışlarda istifadəçi şikayətləri daha tez-tez baş verir. Yəni “iPhone 14” və “15”dəki batareyalar çox tez köhnəlir.

# 3177
avatar

Sevinc Fərid

Oxşar yazılar