Odsaçanla evin həyətindəki qarı təmizlədi - VİDEO
28 dekabr 2020 19:30 (UTC +04:00)

Odsaçanla evin həyətindəki qarı təmizlədi - VİDEO

ABŞ-ın Kentukki ştatının Aşlend şəhərində bir sakinin evinin giriş yolundakı qarları təmizləmək üçün odsaçandan istifadə etdiyi bir videonu kütləvi şəkildə paylaşırlar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qar yığınından qurtulmanın qeyri-adi bir yolunu seçən Timoti Brauninqin qonşuları videoya çəkiblər.

Amerikalı populyar "Milad tətilləri" komediyasının qəhrəmanı Çevi Çeyzanın "kostyumunda" qonşuları daha da əyləndirmək üçün ağ xalat, corab, tərlik və papaqla qapının ağzına çıxıb.

# 3183
avatar

Oxşar yazılar