Ayda bazanın yaradılması ilə bağlı əsas problemlərdən biri də ora tikinti təchizatının göndərilməsidir.
Bu məsələdə NASA-ya ICON şirkəti yardımçı ola bilər.
Lent.az "technote"a istinadən xəbər verir ki, bu şirkət Ayda olan yerli materiallar vasitəsilə binaların çap edilməsini planlaşdırır.
ICON şirkəti Texas və Meksikada beton əsasında hazırlanmış lavakrit adlı qarışıqdan evlərin 3D çapı layihəsi ilə məşhurdur. Ay səthində olan qrunt materialı Yer kürəsindəki mühəndislərin bildikləri ənənəvi materiallardan fərqlənirlər.
Lakin meteorit qırıntılarını tikinti materialına çevirəcək yeni texnologiyanın hazırlanmasına artıq start verilib.
Project Olympus adlı bu layihə NASA və ICON tərəfindən reallaşdırılır. Layihənin indiki mərhələsində əsas məqsəd 3D printer üçün betona bənzər bərk qarışığın əldə olunmasıdır. Bu isə o deməkdir ki, gələcəkdə Ay bazasının inşa edilməsi üçün ağır konstruksiyaları bir neçə kosmik uçuş vasitəsilə Aya göndərmək lazım olmayacaq. Sadəcə olaraq Aya 3D printeri göndərmək kifayət edəcək. NASA təmsilçiləri qeyd ediblər ki, onlar ICON üçün əlavə maliyyələşdirmə ayırmağı planlaşdırırlar.
Lakin onlar Ay bazasının bu cür texnologiya ilə yaradılacağına əmin deyillər. Mütəxəssislər güman edirlər k, yeni 3D çap növlərinin yaradılması Yer kürəsində evlərə tələbat problemini aradan qaldıracaq. Belə ki, bu ilki statistikaya əsasən 1.6 milyard-dan çox insan yaşayış evinə ehtiyac duyur. Aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, tikinti sahəsində 3D printerlərin istifadə edilməsi tikinti xərclərini 60%, tikintiyə sərf olunan zamanı isə 80% aşağı salır.