“Laçın” adlı hərbi dronların   istehsalı başlayır - VİDEO
18 yanvar 2022 13:32 (UTC +04:00)

“Laçın” adlı hərbi dronların istehsalı başlayır - VİDEO

Özbəkistan müasir texnologiyalar əsasında pilotsuz uçuş aparatları istehsal edəcək. 

Lent.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Müdafiə Sənayesi Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komitənin tabeliyində yaradılan mərkəzdə beynəlxalq texniki tələblərə və standartlara tam cavab verən drona “Lochin” adı verilib.

Mərkəz pilotsuz uçuş aparatlarının istehsalı, yığılması, təmiri və texniki xidməti üçün lazımi avadanlıq, o cümlədən texnoloji və xüsusi avadanlıq, sınaq (sınaq laboratoriyası) avadanlıqları ilə tam təchiz olunub.

Qeyd edək ki, iki məqsəd üçün nəzərdə tutulan (PUA və kvadrokopter) milli layihə Mərkəzi Asiyada ilk dəfə Özbəkistanda baş tutub.

Milli brend altında hazırlanmış “Lochin” pilotsuz uçan aparatı və kvadrokopter kəşfiyyat, zərbə, real vaxt rejimində müşahidə, kəşfiyyat, artilleriya atəşi və atışlar da daxil olmaqla bir sıra məqsədlər üçün nəzərdə tutulub. Həmçinin, dronlar neft-qaz, meşə təsərrüfatı, dəmir yolları, geologiya, kəşfiyyat, kartoqrafiya, topoqrafiya, əkin sahələrinin, qoruqların, yolların, sosial infrastrukturun və digər mühüm obyektlərin monitorinqini həyata keçirəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3592

Oxşar yazılar

Ən yaxşı 10 ailə avtomobili

Ən yaxşı 10 ailə avtomobili

26 iyul 2025 , 18:15
 Çox etibarlı 5 maşın:   Təqaüdə çıxana qədər xidmət göstərəcəklər

Çox etibarlı 5 maşın: Təqaüdə çıxana qədər xidmət göstərəcəklər

26 iyul 2025 , 14:15
Avtomobildə smartfonu şarj etmək təhlükəlidir

Avtomobildə smartfonu şarj etmək təhlükəlidir

25 iyul 2025 , 10:22
Metadan qəribə addım - 600.000-dən çox hesab bağlandı

Metadan qəribə addım - 600.000-dən çox hesab bağlandı

25 iyul 2025 , 05:49
Bütün gün  işləyən   robot -  VİDEO

Bütün gün işləyən robot - VİDEO

23 iyul 2025 , 15:49
Təcrübəsiz sürücülərə tövsiyə olunan  avtomobillər

Təcrübəsiz sürücülərə tövsiyə olunan avtomobillər

22 iyul 2025 , 17:21
Ən etibarlı 10  Koreya avtomobili

Ən etibarlı 10 Koreya avtomobili

22 iyul 2025 , 12:04
Telefon şarj olmursa nə etməli?

Telefon şarj olmursa nə etməli?

22 iyul 2025 , 09:53