Kosmosda müthiş yenilik  - Günəş sisteminin xaricindən siqnal gəldi
22 dekabr 2020 19:42 (UTC +04:00)

Kosmosda müthiş yenilik - Günəş sisteminin xaricindən siqnal gəldi

Uzun illər ərzində alimlər yadplanetli sivilizasiyanın mövcudluğunu aşkar etmək üçün kosmosun yaxın və uzaq məkanlarını müşahidə edirlər. 

Lent.az “technote”a istinadən xəbər verir ki, bir neçə müddət bundan öncə tədqiqatçılar Qaynar Yupiter (WASP-12b planeti) kimi tanınan ekzoplanetdən radiosiqnal əldə ediblər. 

Tədqiqatçılar bildiriblər ki, radiosiqnalın əldə olunması həmin planetdə şüurlu həyat formasının mövcudluğu demək deyil. Belə ki, radiosiqnalın mənbəyi maqnit sahəsi ola bilər.

Qeyd edək ki, söhbət, Yer kürəsinn atmosferini saxlayan maqnit sahəsindən gedir. Bunun sayəsində Günəş küləyi planetimizdəki suyu buxarlandıra bilmir. Radiosiqnalı aşkar etmiş astronomlar bu məsələdə yekun bir cavab verməyə hələ tələsmirlər. Onlar bu hadisənin dəqiq analizinin vacibliyini qeyd ediblər. 

Bununla yanaşı, alimlər qeyd ediblər ki, ekzoplanetdən gəlmiş siqnal onun həyat şəraitinin qorunub saxlanması mənasını verir. Belə ki, Venera və Mars kimi planetlər də öz maqnit sahələrini itirdikləri üçün onların səthində olmuş su ehtiyatının böyük hissəsi buxarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4875
avatar

Oxşar yazılar