Kompüter üçün bu cihazlar TƏHLÜKƏLİDİR
28 iyun 2024 13:39 (UTC +04:00)

Kompüter üçün bu cihazlar TƏHLÜKƏLİDİR

Bazarlarda mausun hərəkətlərini təqlid edən cihazlar populyarlaşıb. Söhbət kompüterin yuxu rejiminə keçməməsi və mausun işinin görüntüsünün yaradılması üçün nəzərdə tutulan USB cihazlardan gedir. 

Lent.az xəbər verir ki, amma bu cihazlar korporativ cihazların kibertəhlükəsizliyi və həm əməkdaşın özünün, həm də bütöv şirkətin məlumatları üçün ciddi təhlükə törədir.

Mausun hərəkətlərini təqlid edən cihazlar da daxil olmaqla USB cihazlar müxtəlif kibertəhdidlər ehtiva edə bilər. Bunlar viruslar, məlumatları şifrələyərək onların açılması üçün pul tələb edən proqramlar, həmçinin istifadəçinin xəbəri olmadan məxfi məlumatları toplayan casus proqramları ola bilər. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Rusiyada 26% istifadəçinin cihazında lokal təhdidlər (o cümlədən USB daşıyıcılar vasitəsilə ötürülən zərərli proqramlar) aşkar edilib və bloklanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Arzu Qurbanlı

Oxşar yazılar