Kişi  80 eyni model  maşın yığdı
10 oktyabr 2023 18:13 (UTC +04:00)

Kişi 80 eyni model maşın yığdı

Mayk adlı Nyu-York sakini 80-dən çox üçüncü nəsil “Ford Crown Victorias” avtomobili toplayıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kişinin kolleksiyasına 1998-ci ildən 2012-ci ilə qədər istehsal olunmuş, dəyəri bir milyon dollardan çox olan 83 maşın daxildir. 

Avtomobillər böyük pavilyonlarda və çöldə saxlanılır. Onların hamısı yaxşı vəziyyətdədir. 
 
Qeyd edək ki, “Ford Crown Victoria” dünyada sonuncu çərçivə maşını idi. Bu, uzunluğu 5,4 metr olan böyük arxa təkərli avtomobildir. O 200-235 at gücünə qədər olan 4,6 litrlik V8 ilə təchiz edilib. 


 

# 6384
avatar

Sevinc Fərid

Oxşar yazılar