“iPhone 16”nın dizaynı oğurluqdur?
19 sentyabr 2024 09:35 (UTC +04:00)

“iPhone 16”nın dizaynı oğurluqdur?

“Apple” bu yaxınlarda yeni kamera dizaynı ilə “iPhone 16” seriyasını təqdim edib. 

Lent.az xəbər verir ki, təqdimatdan dərhal sonra bir çoxları yeni “Apple” smartfonunu “Huawei” telefonları ilə müqayisə ediblər. 

Maraqlıdır ki, müqayisə ən son “iPhone” və “Mate XT” arasında deyil, iki il əvvəlki orta büdcəli cihaz arasındadır.

“Apple”ın təqdimatından dərhal sonra Çin sosial şəbəkələrində “iPhone 16”nı “Huawei nova 10 SE” ilə müqayisə edən fotolar yayılıb. Bu cihaz iki modulda yerləşdirilmiş 108+8+2 meqapiksellik üçlü kameraya malikdir. Arxa tərəfdən cihaz “iPhone 16”ya çox bənzəyir. “Apple”ın yeni məhsulu mahiyyət etibarı ilə yalnız flaşın yeri və sensorların ölçüsü ilə fərqlənir.

Qeyd edək ki, “Huawei” cihazı “iPhone 16”nın elanından iki il əvvəl, 2022-ci ilin oktyabrında buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5289
avatar

Sevinc Fərid

Oxşar yazılar