“iPhone 16 Pro”  korpus rəngləri   bəlli oldu
23 fevral 2024 15:56 (UTC +04:00)

“iPhone 16 Pro” korpus rəngləri bəlli oldu

“iPhone 16 Pro” korpusunun rəngləri bəlli olub. 

Lent.az xəbər verir , iki yeni çalar ilk dəfə “iPhone 15 Pro”da görünən Titan Mavi və Təbii Titanı əvəz edəcək.

Məlumata görə, “iPhone 16 Pro”  flaqman smartfonlar “Desert Titanium” və “Titanium Grey” rənglərində buraxılacaq .

Birincisi, “iPhone 14 Pro” üslubunda, lakin daha "dərin" tonlarla yeni qızıl çalarlarıdır. İkincisi, uzun illər əvvəl “iPhone 6”da istifadə edilən "kosmik boz" rəngini çox xatırladır.

Beləliklə, yeni qızılı və boz kölgə ilk dəfə “iPhone 15 Pro”da görünən “titan mavi” və “təbii titan”ı əvəz edəcək. Müştərilər həmçinin standart variantları – ağ və qaranı da seçə biləcəklər.

Qeyd olunur ki, “Apple” pərəstişkarlarının sevimli rənglərindən biri “kosmik boz” olaraq qalır və bu rəng indi təkcə "iPhone"lar üçün deyil, həm də "MacBook"lar üçün istifadə olunur. Və 2013-cü ildə "Apple" qızılı "iPhone 5s"i buraxmışdı. Bu rəng smartfon modellərində çox sevilmişdi.

Xatırladaq ki, "iPhone 16" xəttinin, o cümlədən Pro modellərinin elanı 2024-cü ilin sentyabrında baş tutmalıdır. Cihazlar kökündən yeni kamera dizaynı ilə seçilir və  bədəndə daha bir düymə görünəcək , onun köməyi ilə siz böyütmə və fokuslanmanı tənzimləyə bilərsiniz.


 

# 5067
avatar

Sevinc Fərid

Oxşar yazılar