“iPhone 15 Pro”nun isinməsini  aradan qaldıran yeniləmə təqdim edildi
08 oktyabr 2023 19:51 (UTC +04:00)

“iPhone 15 Pro”nun isinməsini aradan qaldıran yeniləmə təqdim edildi

“Apple” şirkəti bu yaxınlarda təqdim etdiyi “iPhone 15 Pro”nun tez-tez isinməsi istifadəçilərin şikayətinə səbəb olub. 

Lent.az “9to5Mac”a istinadən xəbər verir ki, şirkət baş verənlərə görə üzr istəyib və bunun tezliklə aradan qaldırılacağı ilə bağlı söz vermişdi. 

Bildirilir ki, artıq “Apple” yeni smartfonların həddindən artıq qızmasını aradan qaldıran iOS 17.0.3 yeniləməsini təqdim edib. 

Yeniləmə ölçüsü təxminən 300 meqabayt olub. Şirkət oktyabrın əvvəlində yeniləmənin buraxıldığını elan edib.

Mütəxəssislər, həmçinin A17 Pro prosessorunun qızmasını aradan qaldırmaq üçün “Apple”ın prosessor tezliyini azaltmağı təklif edib. 

# 4650
avatar

Sevinc Fərid

Oxşar yazılar