İlon Mask yeni sosial şəbəkə  yaradacaq ?
30 mart 2022 09:41 (UTC +04:00)

İlon Mask yeni sosial şəbəkə yaradacaq ?

İlon Mask öz yeni sosial şəbəkə platformasını yaratmaq fikrindədir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, öz rəsmi “Twitter” hesabında yazıb.  

Mask izləyicilərindən birinin “Yeni sosial şəbəkə yarada bilərsinizmi?” sualına cavab olaraq bu haqda düşündüyünü deyib. O, həmçinin sektorda yeni platformaya ehtiyac olduğunu da bildirib. 

Qeyd edək ki, bu yaxınlarda İlon Mask izləyiciləri arasında sorğu keçirdib və o, bu sorğuda  insanların “twitter” sosial şəbəkəsinin söz azadlığı prinsiplərinə riayət etdiyinə inanıb-inanmadıqları sualını ünvanlayıb. 
Sorğuda 70% istifadəçinin buna inanmadığını bildirib. İstifadəçilərin çoxu Mask yeni sosial şəbəkəsi yaratdığı təqdirdə burada tam söz azadlığı prinsiplərinə əməl ediləcəyini düşünür. 

# 2190
avatar

Sevinc Fərid

Oxşar yazılar