Gözlənildiyindən daha tez:  ən ucuz elektromobil bu tarixdə buraxılacaq
12 yanvar 2021 17:00 (UTC +04:00)

Gözlənildiyindən daha tez: ən ucuz elektromobil bu tarixdə buraxılacaq

İnternetdə dəfələrlə xəbər verilib ki, “Tesla” şirkəti ucuz qiymətə satılacaq yeni elektromobil üzərində çalışır və o, 2023-cü ildən tez təqdim olunmayacaq. 

Lent.az “technote”a istinadən xəbər verir ki, “Tesla” sözügedən elektromobili artıq gələn il təqdim edə bilər. 

Çinin “Weibo” sosial şəbəkəsində Şanxaydakı “Tesla Gigafactory 3” zavodunun sənədləri ortaya çıxıb. Sənədə əsasən, şirkət üçüncü ucuz elektromobilin istehsalına 2022-ci ildə start verməyi planlaşdırır. Hesabatda qeyd edilib ki, “Tesla”nın yeni elektromobili 25.000-30.000$ qiymətində satılacaq.

Başqa sözlə desək, yeni elektromobil “Tesla Model 3”dən də ucuz olacaq. Elektromobil öncə Çində, daha sonra isə digər regionlarda satışa çıxacaq. 

Avtomobilin texniki özəllikləri barəsində məlumat açıqlanmayıb. 

Qeyd edək ki, hazırda “Tesla” şirkəti 6 elektromobilə sahibdir: “Model S”, “Model X”, “Model Y”, “Model 3”, “Cybertruck” və “Roadster”. 

İlk 4 elektromobil artıq satışdadır. Lakin son 2 elektromobil yaxın gələcəkdə satışa çıxarılacaq.

“Tesla”, həmçinin, “Semi” adlı elektrikli yük maşınına da sahibdir. Şirkət onu 3 il bundan öncə təqdim etmişdi. Lakin o da hələlik satışa çıxarılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Oxşar yazılar