Ən yaxşı selfi çəkən SMARTFON
12 oktyabr 2023 10:31 (UTC +04:00)

Ən yaxşı selfi çəkən SMARTFON

DxOMark test nəticələrinə görə, “iPhone 15 Pro Max” ön kamerasının keyfiyyətinə görə dünyanın ən yaxşı smartfonu olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “iPhone 15 Pro Max” 114 xal toplayaraq ən yaxın rəqibi olan “iPhone 14 Pro”nu dörd xal qabaqlayıb. Hər iki smartfonun 12 MP təsvir ölçülü və f/1.9 aperturaya malik eyni ön kamera ilə təchiz olunduğunu nəzərə alsaq, bu, əhəmiyyətli boşluqdur.

DxOMark mütəxəssislərinin fikrincə, “iPhone 15 Pro Max” gün ərzində yüksək səviyyədə sabitləşmə ilə çəkiliş zamanı əla nəticələr verir və yaxşı sahə dərinliyi təmin edir. Bundan əlavə, smartfonun ön kamerası yüksək keyfiyyətli stabilizasiya sistemi alıb.

Bununla belə, smartfonun çatışmazlıqları da olub. Belə ki, bəzən şəkillərdə artefaktlar nəzərə çarpır, həmçinin hərəkətli video çəkərkən kadrların kəskinliyində nəzərəçarpacaq fərq var. Mütəxəssislər həmçinin bütün çəkiliş şəraitində rəqəmsal səs-küyün mövcudluğunu qeyd ediblər, baxmayaraq ki, bu, yekun qiymətləndirməyə təsir göstərməyib.

“iPhone 15 Pro Max”, 12 sentyabr 2023-cü ildə təqdim edilən Apple-ın flaqman smartfonudur. Cihaz 1,2 min dollardan (təxminən 2040 manat)) başlayan qiymətə satışa çıxarılıb.

# 10995
avatar

Oxşar yazılar