Dünyanın ən nüfuzlu şirkətləri -  SİYAHI
29 aprel 2021 05:14 (UTC +04:00)

Dünyanın ən nüfuzlu şirkətləri - SİYAHI

"Time" jurnalı tərəfindən tərtib edilmiş dünyanın ən nüfuzlu şirkətlərinin reytinqinə 100 təşkilat daxil edilib.

Lent.az  xarici KİV-ə istinadən yazır ki, müəlliflər reytinqə gələcəyi müəyyənləşdirən şirkətləri əlavə ediblər. Reytinq bir neçə kateqoriyaya bölünüb. Məsələn, "Liderlər" adlı kateqoriyaya "Apple" və "Sony" kimi şirkətlər daxil edilib. Bundan başqa, bu kateqoriyada "Twitter" sosial şəbəkəsi, həmçinin "Pfizer", "BioNTech" və "Johnson & Johnson" əczaçılıq şirkətləri yer alıblar.

"İnnovatorlar" kateqoriyasına "Nintendo" oyun konsolları istehsalçısı, "Netflix" video xidməti, "Zoom" proqramı, populyar "Spotify" musiqi xidməti və "Epic Games" kompüter oyunları istehsalçısı daxil edilib. Bu kateqoriyada, həmçinin "Nvidia", "TikTok" və digərləri yer alıblar.

"Nəhənglər" kateqoriyasına "AliExpress" şirkəti, "Facebook" sosial şəbəkəsi, "Disney", "Google", "Microsoft", "Samsung", "Amazon" və digərləri daxil ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3318
avatar

Oxşar yazılar