Bu il istifadəçilərin ən çox razı qaldığı Android telefonlar
11 oktyabr 2023 14:24 (UTC +04:00)

Bu il istifadəçilərin ən çox razı qaldığı Android telefonlar

2023-cü ildə sahiblərinin ən çox razı qaldığı Android smartfonlarının adı açıqlanıb

Lent.az xəbər verir ki, siyahıya Honor Magic V2, Galaxy S23 Ultra, Xiaomi 13 Pro və digər Android telefonları daxildir.

Populyar siyahının birinci yerini 98,26 faiz müsbət rəy alan qatlana bilən flaqman “Honor Magic V2” tutub. Bu telefon Çində nümayiş etdirilib və 1370 dollara satılır. Yaxın gələcəkdə Avropaya da çatacağı deyilir, amma hələ ki, dəqiq məlumat yoxdur. 

“Magic V2” qatlana bilən seqmentdə ən yüngül və ən nazik smartfondur. Cihaz, həmçinin yüksək səviyyəli “Snapdragon 8 Gen 2” çipi, flaqman ekranları və nəhəng (qapaqlı standartlara görə) 5000 mAh batareya malikdir.

İkinci yeri 96,09 faiz reytinqlə “Samsung Galaxy S23 Ultra” tutur.

Üçüncü yeri 2023-cü ildə ən sürətli enerji dolduran smartfonlar siyahısına başçılıq edən ucuz “Realme GT5” (94,69 faiz) tutub.

İlk onluqda digər telefonlar arasında əsas “Galaxy S23”, həmçinin “Nubia Z50 Ultra”, “Xiaomi 13 Pro”“vivo X90 Pro”nu görə bilərsiniz. 


 

# 10320
avatar

Sevinc Fərid

Oxşar yazılar