Bu il ən çox alınan telefonlar – SİYAHI
13 oktyabr 2023 15:13 (UTC +04:00)

Bu il ən çox alınan telefonlar – SİYAHI

“Counterpoint Research” tədqiqat şirkəti 2023-cü ilin ikinci rübü üzrə dünyada ən çox satılan smartfonlar haqqında hesabat açıqlayıb.

Lent.az xəbər verir ki, ilk onluqdakı yerlərin sahibi “Apple” və “Samsung” cihazlarıdır.

“Apple” smartfonları “iPhone 14”, “iPhone 14 Pro Max”, “iPhone 14 Pro” və “iPhone 13” ilə ilk dörd yeri tutub.

“Samsung” isə öz növbəsində “Galaxy A14”, “A54”, “A14 5G”, “S23 Ultra”, “A04e” və “A34”. 

Hesabatda həmçinin bildirilir ki, son illər qlobal smartfon bazarı azalmaqdadır. Bu tendensiya əsasən istifadə edilmiş smartfon seqmentinin genişlənməsi ilə bağlıdır. 

Məsələn, bir çox istifadəçi yeni orta büdcəli cihaz almaq əvəzinə, işlənmiş flaqmana üstünlük verir.

Qeyd edək ki,  “iPhone 15” tarixdə demək olar ki, ən ucuz “iPhone”dur 
 

# 14805
avatar

Sevinc Fərid

Oxşar yazılar