Bir çox insanlar avtomobilin ön şüşəsindəki qara nöqtələrin sadəcə dizayn üçün olduğunu düşünür. Amma əslində bu nöqtələr çox mühüm funksiyanı yerinə yetirir.
Lent.az xəbər verir ki, ön şüşədəki qara nöqtələr frit adlanır və keramika boyasının davamlı təbəqəsidir.
Ekran çapı ilə tətbiq olunur və sonra sobada işlənir. Ön şüşədən qara nöqtələri silməyə çalışmamalısınız.
Üstəlik, onlar çox vacib bir funksiyanı yerinə yetirirlər: şüşəni tutan uretan mastikini ultrabənövşəyi şüalardan qoruyurlar.