“Apple” ilk nazik “iPhone”u   buraxacaq - Tarix AÇIQLANDI
10 may 2024 19:49 (UTC +04:00)

“Apple” ilk nazik “iPhone”u buraxacaq - Tarix AÇIQLANDI

Gələn il bazara çıxacaq “iPhone 17” seriyası dizayn və texniki xüsusiyyətlərdə əhəmiyyətli təkmilləşdirmələr alacağı bildirilir. 

Lent.az xəbər verir ki, ilk Slim modeli də məhz bu xəttdə görünəcək.

Məlumata görə, “iPhone 17” “Slim Plus” modelini əvəz edəcək və daha incə dizayna sahib olacaq. Ancaq bunun dəqiq nə demək olduğunu söyləmək hələ çətindir.

Bildirilir ki, bütün “iPhone 17” modelləri təkmilləşdirilmiş ön kameraya sahib olacaq. “iPhone 17 Pro Max” üçün “Dynamic Island” ölçüsü azalacaq. Bundan əlavə, ehtimal edilir ki, “Apple” “Face ID” sensorunun ölçüsünü azaltmaq üçün yaxınlıq sensoru üçün yeni metalens texnologiyasından istifadə edə bilər.

Şayiələrə görə, iPhone 17 seriyası dörd modeldən ibarət olacaq:

“iPhone 17” (6,1 düym ekran),
“iPhone 17 Slim” (6,6 düymlük ekran),
“iPhone 17 Pro” (6,3 düymlük ekran),
“iPhone 17 Pro Max” (6,9 düymlük ekran).

İddia olunur ki, “iPhone 17”, “iPhone 17 Slim” və “iPhone 17 Pro” daha mükəmməl alüminium korpusa sahib olacaq, “iPhone 17 Pro Max” isə titan dizaynını qoruyacaq.

İnsayderlərə görə, “iPhone 17” və “iPhone 17 Slim” 8 GB RAM və A18, A19 çipi ilə, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” isə 12 GB RAM və A19 Pro çipi ilə gələcək.

Bundan əlavə, dörd “iPhone 17” modelinin hamısında 24 meqapiksellik ön kamera olacaq. Bu da “Apple” tərəfindən istifadə edilən hazırkı 12 meqapiksellik kameralara nisbətən əhəmiyyətli bir irəliləyişdir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9924
avatar

Sevinc Fərid

Oxşar yazılar