Almaniyanın Bekkum şəhərindən olan mütəxəssislər 3D printerin köməyilə yeni yaşayış evi inşa etməyə qərar veriblər.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, “Peri” şirkəti ilk dəfə Almaniyada belə layihə reallaşdıracaq.
İkimərtəbəli yaşayış evinin inşası üçün büdcədən 200 min avro ayrılıb. Hazırda işçilər sənaye dəzgahının köməyi ilə xüsusi betondan divar çap ediblər.
Bir ailə üçün evin ümumi yaşayış sahəsi təxminən 160 kvadrat metr təşkil edəcək. Material xüsusi qurğunun köməyi ilə döşənir, prosesə xüsusi proqram nəzarət edir.
Yerli hakimiyyət belə hesab edir ki, layihə böyük perspektivə malikdir, çünki bu texnologiyanın geniş tətbiqi evin dəyərini azaltmağa və tikintinin qısa müddətə başa çatdırmağa imkan verəcək. Bundan başqa, belə üsul inşaat və insan resurslarına qənaət edir.