Acun İlıcalının yeni layihəsi Exxen rəqəmsal platforması və ya Exxen TV, 1 Yanvar 2021 tarixindən etibarən yayımlanmağa başlasa da, platforma proqramları ilə yox, problemlərlə gündəmə gəlib.
Lent.az techland-a istinadən bildirir ki, "Sihirli Annem", "İşte Bu Benim Masalım", "Şeref Bey", "Konuşanlar", "Tolgshow", "Masterchef Junior", "Zeynep Bastık ve Konukları", "Enis Arıkan" kimi Azərbaycanda da çox izlənən adları özündə birləşdirən Exxen, texniki səhvlər, xərclər və reklam problemlərinə görə Twitter-də tənqid olundu. Exxen-in istifadə müqaviləsindəki gözdənqaçan detal sosial media istifadəçiləri tərəfindən aşkarlandı və Exxen TV, xüsusilə Acun İlıcalı, lağ obyektinə çevrildi.
900 milyon Türk lirasına başa gələn EXXEN üzvlüyün ləğv olunmaması, ödənişli abunəçilrəin qarşısına reklamların çıxması kimi problemlərlə gündəmə gəlsə də, bu dəfə plagiyat skandalı ilə qarşılaşdı.
Bir istifadəçinin Exxen istifadə müqaviləsindəki bəzi keçidlərin istifadəçiləri BluTV-yə yönəltdiyini aşkarlayıb. Belə ki, istifadəçilərin abunə olmaq üçün imzaladıqları şərtlər toplusunda bəzi "exxen.com" linkləri BluTv-nin veb saytına yönləndirir bu isə müqavilənin tam olaraq kopyalandığını sübut edir.