Zəlzələ dəmir yollarına ziyan vurdumu? - RƏSMİ CAVAB
23 avqust 2023 09:45 (UTC +04:00)

Zəlzələ dəmir yollarına ziyan vurdumu? - RƏSMİ CAVAB

ADY baş vermiş zəlzələ ilə əlaqədar yol infrastrukturuna kompleks baxış keçirib.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 23 avqust saat 01:23 radələrində Masallı və Cəlilabad rayonlarının sərhədində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

Aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3048
avatar

Arzu Qurbanlı

Oxşar yazılar