Xəzər dənizindəki  sirli ada   yoxa çıxdı
15 yanvar 2025 17:15 (UTC +04:00)

Xəzər dənizindəki sirli ada yoxa çıxdı

Azərbaycan sahillərində yaranan ada ilk dəfə 2022-ci ilin noyabrında görünüb.

Xəzər dənizində təəccüblü geoloji anomaliya baş verib: 2023-cü ilin əvvəlində Kumani-Benk palçıq vulkanının püskürməsindən sonra sirli “xəyal ada” peyda olub və 2024-cü ilin lap sonunda yox olub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu hadisə NASA-nın Landsat 8 və 9 peykləri tərəfindən qeydə alınıb.

Azərbaycan sahillərində yaranan ada ilkin olaraq 2022-ci ilin noyabrında, vulkanın təpəsi hələ də su altında olarkən aşkar edilib. 2023-cü ilin fevral ayına qədər peyk şəkilləri çöküntü ilə əhatə olunmuş quru kütləsinin meydana çıxdığını göstərib. Həmin vaxt adanın diametri 400 metrə çatıb. Lakin, demək olar ki, iki ildən sonra ada yoxa çıxıb və dəniz səthinin üstündə vulkanik sahilin yalnız kiçik bir hissəsi qalıb.

Lakin, demək olar ki, iki ildən sonra ada yoxa çıxıb və dəniz səthinin üstündə vulkanik sahilin yalnız kiçik bir hissəsi qalıb.

NASA Earth Observatorynın izah etdiyi kimi, Kumani- Benk uzun müddətdir ki, qeyri-adi davranışı ilə tanınır. Vulkanın 1861-ci ildə qeydə alınmış ilk püskürməsi də bir neçə ay ərzində yoxa çıxan müvəqqəti bir ada yaradıb.

Adelaid Universitetinin geoloqu Mark Tinqay deyir ki, palçıq vulkanları heyranedici, lakin az öyrənilmiş təbiət hadisəsidir. Onlar aktiv tektonik bölgələrdə baş verir və Azərbaycan 300-dən çox belə vulkanın qeydə alındığı belə nadir yerlərdən biridir.

Kumani-Benk böyük miqdarda palçıq, qaz və alov buraxa bilən güclü püskürmələri ilə tanınır. Keçmişdə alov sütunları yüzlərlə metr havaya qalxıb, lakin 2023-cü ildə baş verən püskürmənin də oxşar mənzərə yaradıb-yaratmayacağı bəlli deyil.

NASA bildirir ki, 1950-ci ildə baş verən püskürmə nəticəsində hündürlüyü 6 metr və diametri 700 metr olan ada da tezliklə çöküb. Kumani-Benkdəki hazırkı fəaliyyət geoloqlara xatırladır ki, belə adaların yaranması təkcə möhtəşəm deyil, həm də təhlükəli ola bilər.

NASA peykləri tərəfindən edilən kəşflər alimlərə palçıq vulkanlarının təbiətini daha yaxşı başa düşməyə imkan verir. Bununla belə, çox şey sirr olaraq qalır. "Biz bu hadisələri kifayət qədər tədqiq etməmişik" deyən Tinqey belə obyektləri müşahidə etməyin vacibliyini vurğulayır.

Palçıq vulkanları ən qeyri-adi geoloji hadisələrdən biri olaraq qalır. Yoxa çıxan adanın "valideyn"i olan Kumani-Benk təbiətin yarada və məhv edə biləcəyini xatırladır, elmin hələ qəti cavab verə bilmədiyi sualları geridə qoyur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Oxşar yazılar