Xəstəlikləri olan uşaqları sanatoriyalara necə göndərməli? - Bütün suallara  CAVAB
29 iyun 2021 18:01 (UTC +04:00)

Xəstəlikləri olan uşaqları sanatoriyalara necə göndərməli? - Bütün suallara CAVAB

Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova sanator tibb müəssisələrində keçirilən monitorinqlər barədə məlumat verib.

Lent.az məlumat verir ki, A.Zeynalova bildirib ki, ümumilikdə Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3-ü vərəm, digərləri somatik tipli sanatoriyalardır:

"Monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanlar aşkar edilib. Bununla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda aparılmış monitorinqlərin nəticələri Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcək".

Şöbə məsləhətçisi əlavə edib ki, əksər sanatoriyalarda ümumi vəziyyət qənaətbəxş olub:

"Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir, məsələn Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüz yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik prosedurlardan, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar".

Valideynlərin nəzərinə çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə sanatoriyalarda müalicə ala bilərlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar

Zəlzələ ilə bağlı ƏHALİYƏ MÜRACİƏT

Zəlzələ ilə bağlı ƏHALİYƏ MÜRACİƏT

28 iyun 2024 , 10:01
Bakıda bu yollarda sıxlıq var - Siyahı

Bakıda bu yollarda sıxlıq var - Siyahı

28 iyun 2024 , 08:22
Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

28 iyun 2024 , 05:25
Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21