Yollar buz bağlayacaq
12 yanvar 2013 00:10 (UTC +04:00)

Yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında

yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Mülayim qərb, cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə  0-3 dərəcə şaxta,  gündüz  3-8 dərəcə isti olacağı gözlənilir. Yanvarın 11-dən 12-nə keçən gecə və səhər şəhərətrafı yollar buz bağlayacaq.

 

Azərbaycanın rayonlarında, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  0-5 dərəcə şaxta, gündüz  3-8 dərəcə isti, dağlarda gecə  10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 982
avatar

Oxşar yazılar