Bakıda "moyka" işçisi maşından 20 mindən çox  pul oğurladı
01 oktyabr 2024 11:58 (UTC +04:00)

Bakıda "moyka" işçisi maşından 20 mindən çox pul oğurladı

Bakının Binə qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində “KİA” markalı avtomobildən 20.875 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, orada işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 24 yaşlı Y.İsazadə saxlanılıb.

Araşdırmalarla onun Buzovna qəsəbəsində iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936
avatar

Oxşar yazılar