"Alkoqol həyatımı məhv etdi"  - A Seriyanın keçmiş ulduzu
01 oktyabr 2024 11:19 (UTC +04:00)

"Alkoqol həyatımı məhv etdi" - A Seriyanın keçmiş ulduzu

"İnter" və "Porto"da çıxış edən futbolçu Freddi Quarin 3 il əvvəl idmandan ayrılıb. Karyerasını bitirdikdən sonra böyük problemlər yaşayıb.

Lent.az-ın xarici KİV-ə istinadən məluatına görə, 2021-ci ilin iyul ayında Quarin karyerasını başa vurmaq qərarına gəlib. Son mövsümdə o, “Milionarios”da çıxış edib.

Kolumbiyalı Avropanı tərk etməzdən əvvəl "Porto" və "İnter"in rənglərini qoruyub. O, İtaliyada 4 il keçirib, nəticədə 141 oyunda 22 qol vurub.

Lakin son illərdə Quarin sonrakı qalmaqallara görə daha çox məşhurlaşıb. Ailəvi şam yeməyi zamanı o, atasına hücum edib. Ailənin digər üzvlərinə qarşı aqressiv davrandığı üçün polis çağırılıb. Keçmiş futbolçu saxlanılıb.

Bir neçə gün sonra 38 yaşlı Quarin davranışının narkotik istifadəsinin nəticəsi olduğunu izah edib. Uzun müddət alkoqolla bağlı ciddi problemlər yaşayıb və bu, həyat yoldaşından boşanmasına səbəb olub.

"2021-ci ildə karyeramı başa vuranda çətin yola başladım, yanlış yola düşdüm, çox spirtli içki qəbul etdim. Uzun müddət sərhədim yox idi. Bədənimi məhv etdim. Alkoqol həyatımı məhv etdi, amma yenidən doğuldum”, -futbolçu “La Gazzetta dello Sport”a bildirib.

Bununla belə, "İnter"in keçmiş futbolçusu etiraf edib ki, uzun mübarizədən sonra alkoqolun öhdəsindən gəlməyi bacarıb və uzun müddət bu cür içki və digər stimullaşdırıcı maddələrdən qaçıb.

Çox uğurlu klub karyerasına əlavə olaraq, Quarin uzun illər Kolumbiya millisinin mühüm üzvü olub. Onun nailiyyətlərinə 58 oyun və dörd qol daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Oxşar yazılar